Quliyev Azər

Quliyev Azər Həmid oğlu

Azər Quliyev Həmid oğlu
Quliyev Azər Həmid oğlu
Azərbaycanlı iş adamı
Şəxsi məlumatlar
Doğum tarixi 19 yanvar 1977 (42 yaş)
Doğum yeri Tovuz, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Quliyev Azər Həmid oğlu

(19 yanvar 1977)


Təhsili:

Azər Quliyev əməkdar meşəçi-alim, Tovuz rayon meşə idarəsinin müdiri Həmid Quliyevin ailəsində dünyaya göz açıb. 1983-1993-cü illərdə həmin rayonda Nəsrəddin Tusi adına orta məktəbin rus bölməsində təhsil alıb. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsilini davam etdirib. Ziyalı ailədə təhsilə və şəxsi inkişafa olduqca böyük önəm verildiyi üçün, Quliyevlər ailəsinin üç üzvü elmlər namizədi, bir üzvü isə elmlər doktorudur. A. Quliyevin böyük oğlu hazırda Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Tibb Universitetində ingilis bölümündə təhsil alır. Digər dörd övladı xüsusi istedada malik olan uşaqlar üçün yaradılan Bakı Avropa Liseyində oxuyurlar.

Biznes fəaliyyəti

A. Quliyev Universiteti bitirdikdən sonra ölkəmizin ən böyük nəqliyyat və logistika şirkəti olan North West Co. LTD şirkətində çalışmağa başlayır. Fransanın Total neft-qaz şirkətinin neft məhsullarının nəqliyyatı da məhz North West-ə həvalə olunmuşdur. Çox gənc olmasına baxmayaraq, uğurlu fəaliyyəti nəticəsində Azər Quliyev 2002-ci ildə həmin şirkətin rəhbəri təyin olunur. O, biznesdəki uğurları sayəsində yeni sahələrdə özünü sınamağa qərara alır. 2002-ci ildən etibarən Rusiya, Türkiyə və İrandan iri həcmdə tikinti materiallarının idxalına başlayır. 2008-ci ildən etibarən isə, tikinti sahəsində də çalışan A. Quliyev paytaxt Bakı və Gəncə şəhərində orijinal memarlıq üslubu ilə seçilən bir sıra yaşayış binaları və qeyri-yaşayış obyektlərinin tikintisini həyata keçirib. Gənc və uğurlu sahibkar kimi tanındığı üçün, onun xarici ölkələrdə də biznes fəaliyyətinə imkanlar yaranır. O, hazırda Rusiyada tikinti sektorunda fəaliyyət göstərən böuük şirkətə malikdir. Həmin şirkət Moskvada Domodedovo hava limanı, Sberbankın baş qərargahının binası, VDNX kimi bir sıra tanınmış obyektlərin yenidənqurulması və təmirində iştirak edib və etməkdə davam edir. Eyni zamanda A. Quliyevin təsis etdiyi şirkət İstanbul Silah və Savunma Sanayı kimi ən iri konsernlərdən birinin Azərbaycandakı rəsmi dileridir.

İctimai fəaliyyəti

Azər Quliyev paytaxtın Yasamal rayonunda BDU müəllimləri üçün tikilmiş binada yaşayıb. Uzun illər Yasamal rayonunda öz xeyriyyəçiliyi ilə tanınıb. Onlarla xəstə vətəndaşlarımızın müalicəsini, həmçinin imkansız ailələrin təminatını və aztəminatlı tələbələrin təhsil xərclərini öz öhdəsinə götürmüşdür. Şəhid ailələrinə qayğı da Azər Quliyevin daim diqqət mərkəzində olub. Onun səyləri nəticəsində bir neçə gənc ailə mənzil və iş yeri ilə təmin olunub. Habelə, A. Quliyevin dəstəyi ilə bir sıra sosial obyektlər təmənnasız təmir edilib. Ona olan etimad sayəsində 2019-cu ildə yaşadığı binada Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri seçilib. Qısa müddət ərzində kompleksdə gördüyü təşkilatçılıq və abadlıq işlərinə görə sakinlərin rəğbətini qazanıb. Milli-mənəvi, əxlaqi dəyərlərimizi, tariximizi və insan sevgisini həm tərənnüm edən həm də dünəndən bu günə, bu gündən isə sabaha - gələcəyə daşıyan bir neçə televiziya proqramları və sənədli filmlər məhz Azər Quliyevin maddi və təşkilati dəstəyi ilə ərsəyə gəlmişdir. Onun birbaşa dəstəyi ilə hazırlanmış "Məhəbbət elçisi" sənədli filmi həm ölkəmizdə, həm də Hindistanda böyük rəğbətlə qarşılanmışdır. Ayrıca, film Azərbaycan-Hindistan diplomatik əlaqələrinin yaradılmasının 25 illiyinə həsr edilmiş dövlət tədbirlərinin gündəliyinə salınmışdır.

Yasamal rayon sakinlərinin təklifi və təkidi ilə 2020-ci il parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Mənbə — Quliyev Azər Həmid oğlu

Quliyev Azər

Quliyev Azər Həmid oğlu

Azər Quliyev

Azər Quliyev Həmid

Azər Quliyev Həmid oğlu